XƏBƏRLƏR / Hərbi

Goranda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Goranda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

    "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".