XƏBƏRLƏR / Hava

Görmə məsafəsi məhdudlaşacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Görmə məsafəsi məhdudlaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi avtomobil magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, fevralın 12-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.