XƏBƏRLƏR / Hava

Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək

İyunun 21-24-ü üçün Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonların hava proqnozu açıqlanıb

Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.