XƏBƏRLƏR / Hava

Güclü külək iyulun 26-sı gündüzədək davam edəcək

Milli Hirometeorologiya Xidməti xəbər verir

Güclü külək iyulun 26-sı gündüzədək davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

    Milli Hirometeorologiya Xidmətindən verilən xəbərə görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.