XƏBƏRLƏR / Hava

Güclü qasırğa rayonlarda bir sıra fəsadlar yaradıb

Küləyin sürəti 25-30 metr saniyədə müşahidə olunub

Güclü qasırğa rayonlarda bir sıra fəsadlar yaradıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sumqayıt şəhərində güclü külək nəticəsində ağac peşə liseyinin üzərinə aşıb.

    Hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən peşə liseyinin ərazisində qeydə alınıb.

    Hadisə nəticəsində yaxınlıqdakı daha bir tikiliyə ziyan dəysə də, xəsarət alan olmayıb.

    ***

    Cəlilabadda külək 30-a yaxın ağacı yola aşırıb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

    Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonunun Göytəpə şəhəri istiqamətindən keçən hissəsində baş verib.

    Aşan ağaclar yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub

    ***

    Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.