XƏBƏRLƏR / Təbiət

Güclü yağışdan sonra Goranboya sel gəlib

Kənd yolları yararsız hala düşüb

Güclü yağışdan sonra Goranboya sel gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Goranboya sel suları bir sıra fəsadlar törədib.

    Gecə saatlarında leysan yağışdan sonra rayonun Qazançı, Goranlı və Kürəkçay qəsəbəsinə dağlardan sel suları gəlib. Nəticədə bəzi əkin sahələrinə zərər dəyib. Kənd yollarını sel suları yararsız hala salıb.

    Ümumilikdə selin törədiyi ziyanla bağlı dəqiq məlumat yoxdur.