XƏBƏRLƏR / Hərbi

Gün ərzində ikinci erməni zabiti güllələnib

Ermənistan Müdafiə Nazirliyi yerli KİV-lərdə xəbər yayılandan sonra hadisə barədə məlumat verməyə məcbur olub

Gün ərzində ikinci erməni zabiti güllələnib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 9-da saat 11:30 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə məntəqəsində baş leytenant Mikael Samveli Danielyanın meyiti güllə yarası ilə aşkar edilib.

    Qətlə yetirilən leytenantın cəsədi səhər saat 11 radələrində tapılıb, lakin yolların pis olması səbəbindən əsgərin cəsədi saatlarla yerində qalıb və xəstəxanaya aparıla bilməyib.

    Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

    Xatırladaq ki, bu gün səhər saat 06:20 radələrində erməni əsgər zabiti fərqli döyüş mövqeyində güllələyib.