Reportaj

Günəş kremlərinin sağlamlığa təsiri

Əslində nə bilirik?

Günəş kremlərinin sağlamlığa təsiri
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Yay aylarında dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qorumaq üçün günəş kremlərinin istifadəsi geniş yayılıb. Lakin bəzi insanlar günəş kremlərinin xərçəngə səbəb olacağına dair qorxularını ifadə edirlər. Günəş kremlərinin təhlükəsizliyi ilə bağlı mütəxəssislər nə deyir?

    Rusiyalı dermatoloq Tatyana Voronina bildirir ki, “Günəşdən qoruyucuların xərçəngə səbəb olduğuna dair kifayət qədər elmi sübut yoxdur. Oksibenzon tərkibli kremlər allergik reaksiyalara səbəb ola və endokrin sistemə mənfi təsir göstərə bilər. Lakin vəziyyət hələ də tam aydın deyil. Uşaqlar üçün oksibenzon tərkibli günəş kremlərindən istifadə edərkən daha diqqətli olmaq lazımdır.”

    Dermatoloq Pərviz Dadaşov günəş kremlərinin iki əsas növü olduğunu qeyd edir: “Fiziki və kimyəvi günəş qoruyucuları var. Fiziki günəş qoruyucular titani oksid və çink oksid kimi maddələrdən ibarətdir və dəridə ağ rəngli bir təbəqə yarada bilər, lakin allergik reaksiyalar nadirdir. Kimyəvi günəş qoruyucular isə dəridə qızartı verə bilər.”

    Tatyana Voronina günəş kremlərinin düzgün istifadəsinin vacib olduğunu vurğulayır: “Günəş kremi çölə çıxmazdan ən az 20 dəqiqə əvvəl çəkilməlidir və bütün məruz qalan ərazilərə tətbiq edilməlidir. Dodaqlardan, qulaqlardan, ovuclardan və ayaqlardan istifadə etməyi unutmamalısınız. Günəş kreminizin ən azı 30 faktorlu olması lazım olduğunu yoxlayın. Buludlu havalarda belə günəş radiasiyası hələ də mövcuddur, buna görə də qorunma lazımdır.”

    Pərviz Dadaşov isə günəş kremlərinin seçimi və istifadəsi ilə bağlı daha ətraflı məlumat verir: “Günəş qoruyucunuz suya davamlı olmalı və ən azı 40 dəqiqə qoruma effektini saxlamalıdır. Gün ərzində hər iki saatda bir kremi yenidən tətbiq etmək lazımdır. Günəşin altında uzun müddət qalmaqdan qaçınmalı və krem 15-30 dəqiqə əvvəl tətbiq edilməlidir.”

    Günəşdən qorunma qaydaları arasında günəşin uyğun saatlarında dənizə getmək də önəmlidir. Pərviz Dadaşov günəşin əsasən saat 9-10-dan, gün batana yaxın saat 5-6-dan sonra qəbul edilməsini tövsiyə edir: “Saat 2-3-də günəşin altında qalmaqdan qətiyyətlə çəkinmək lazımdır.”

    Uşaqların günəş qoruyuculardan istifadəsi xüsusi əhəmiyyət daşıyır. Pərviz Dadaşov bildirir ki, “Uşaqlarda günəş qoruyuculardan daha çox istifadə olunmalıdır, çünki günəş uşaqlara daha çox zərər verir. Mavi gözlü və açıq dərili insanlar günəş qoruyuculardan daha çox istifadə etməlidir.”

    Mütəxəssislər həmçinin qeyd edirlər ki, 1 il əvvəl alınan kremlərin tərkibindəki kimyəvi filtrlərin dayanıqlı olmadığı üçün onlardan istifadə edilməməlidir. Günəş kremi günəş altında saxlanılmamalıdır.

    Bu tövsiyələrə riayət edərək, günəşdən qorunma tədbirlərini düzgün həyata keçirərək sağlamlığınızı qoruya bilərsiniz.