BLOQ

Güney Azərbaycanlılara müraciət

"Dilimizi əridib aradan qaldırmaq qəsdində olan düşmənin arzusunu ürəyində qoyaq!"

Güney Azərbaycanlılara müraciət
  • Oxuma müddəti:

    10 dəqiqə

  • İsveçdə fəaliyyət göstərən ”Qobustan” Azərbaycan Aydınlar Ocağı güney azərbaycanlı soydaşlarımıza müraciət edib.

    Müraciət mətnində deyilir:

    "Əziz azərbaycanlılar, əziz güneylilər,

    Bəyanatımızı 80 il bundan öncəgüneyli şairimiz Mirmehdi Çavuşinin ana dilimiz Azərbaycan Türkcəsi haqqında yazdığı şeirin bir neçə misrası ilə başlayırıq:

    “Şahe İsmailə xalqım nə üçün hörmət edir?
    Çün rəvac vermiş idi əsrə o sultan dilimi.
    Gərçe illər boyu dövran biz ilə kəc getdi,
    Qanə döndərdi mənim atəşe hicran dilimi ...
    Qoy gül açsın ana yurdum, ona gülsün bu elim,
    Eyləsin eşq ilə qoy indi gülüstan dilimi.“

    Əziz həmvətənlər, 1501-ci ildə rəsmiləşən dilimiz bugün hələ də Güney Azərbaycanda yasaqdır. Güney Azərbaycanda ana dilimizin, şair demişkən “gül açmasına”, İran İslam rejimi imkan vermir. 80 il bundan əvvəl, Güney Azərbaycan Milli Hökümətinin (1945- 1946) qərarı ilə azadlığa çıxan dilimizə də Şah rejimi qadağa qoydu və bu qadağalar bu günədək davam edir. Halbuki, UNESCO və BMT tərəfindən, Ana Dilinin rəsmiləşdirilməsi təsdiq edilmişdir.

    Ana dili insanın mənəviyyatıdır, təfəkkür tərzidir, kimliyini formalaşdırır, mahiyyətini təyyin edir və onun tarix və mədəniyyətini yaşadır. Bir millətin torpağını işğal etməklə onu hələ məhv etmək olmaz, amma onun dilini almaqla onu aradan qaldırmaq olar. Elə şah rejimi və indiki islami rejimi də ölkəmizin güneyində əsarətdə olan Azərbaycan türklərini əritmək üçün onların ana dilində yazıb-oxumaq, təhsil almaq, mədrəsələr açmaq, mədəniyyət ocaqları yaratmağı qadağan etmiş və bununla, Azərbaycanın güney hissəsində xalqın inkişaf yolunun qarşısını almışdır. Baxmayaraq ki, bu haqqı almaq üçün xalqımız Məşrutə İnqilabından bu günədək, yəni 118 il ərzində, mübarizə etmişdir və hətta 1324-cü ildə (1945-ci ildə) Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Höküməti dövründə, ana dilimiz, Azərbaycanın rəsmi dövlət dili qəbul olunub və bu dildə fərmanlar və qayda-qanunlar qoyulmuşdu. İstemarçı qüvvələrin əlaltısı olan şah rejimi və pan-farsizmə xidmət edən indiki iranşəhri şüubi rejim, Güney Azərbaycan türklərini həmin hüquqdan məhrum etmişlər və bu haqqı istəyən 21 Azər Hərəkatının fəallarını, və bütün sonrakı milli fəalları həbsə, zindana, sürgünə, cəza və cəriməyə, şallaq və işkəncəyə məhkum etmişlərdir. Təəssüf yeri buradadır ki, bu kimi haqsızlıqlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və hətta islam rejimi ilə mübarizə iddiasında olan super-dövlətlər göz yumurlar və onların bu yolda mübarizələrini görməzdən gəlirlər. Lakin xalqımız, öz əzm və iradəsini ardıcıl olaraq keçmişdəki kimi gündən-günə ortaya qoymaqdadır və Azərbaycan Milli Hökümətinin Ana Dili Haqqında Qərarını həyata keçirmək gündən-günə xalqımızın zərurətinə çevrilir! Azərbaycan Milli Hökümətinin Ana Dili Haqqında Qərarı aşağıdakından ibarətdir:

    Azərbaycan Milli Hökümətinin dil haqqında qərarı

    “Xalqımızı, dövlət dəsqahına yaxınlaşdırmaq və ümumun ehtiyacatını sadə bir surətdə anlamaq və həmçinin milli dil və milli mədəniyətimizin tərəqqi və təkamül yollarını təmizləmək üçün Azərbaycan Milli Höküməti, özünün 16 dey tarixi cələsəsində aşağıdakı qərarı qəbul etmişdir:

    Bu gündən etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanları, həmçinin xalq qoşunları hissələrinə verilən fərmanlar və qanun layihələri mütləqən Azərbaycan dilində yazılmalıdır;

    Bütün idarələr (dövləti, milli ticarəti və ictimai) öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar. Bu dildə yazılmayan dəftər və mədarik, rəsmi hesab olunmayacaqdır!

    Məhkəmələrdə işlərin cərəyanı tamamilə Azərbaycan dilində aparılmalı və bu dili bilməyənlər üçün mütərcim təyin olunmalıdır;

    Azərbaycanın bütün idarə, müəssisə və ticarətxanalarının tabloları mütləqən Azərbaycan dilində yazılmalıdır;

    Rəsmi iclaslar və yığıncaqlarda suxənranlıq və müzakirə Azərbaycan dilində olmalıdır;

    Azərbaycanlı olmayıb [*başqa milli mənsubiyyəti olan- S.K.], başqa dildə danışanlar və ümumi dövləti idarələrdə xidmət edənlər Azərbaycan dilində yazıb-oxumağı və danışmağı öyrənməlidirlər!

    Maarif vizarəti, idarə məmurlarını Azərbaycan dili ilə aşina etmək məqsədi ilə ayrı dillərdən savayı, onlar üçün idarələrin cənbində böyüklər üçün məxsus klaslar açılmalıdır. Bu klaslarda dərs alanların iş müddəti bir saat azaldılmalıdır;

    Azərbaycanda yaşayan və başqa milli mənsubiyyəti olan şəxslərin öz işlərini öz ana dillərində aparmağa haqqı vardır. Lakin, onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə bərabər Azərbaycan dilini rəsmi dövlət dil olaraq işlətməlidirlər;

    Azərbaycanda yaşayan xırda millətlərin [*milli azınlıqlar -S.K.] xüsusi milli məktəblərindəki təlim, öz ana dillərində olduğu halda, Azərbaycan dilinin də tədrisi məcburidir;

    Azərbaycan Milli Höküməti maarif vəzirinin məktəblərdə dərslərin Azərbaycan dilində olması haqqındakı qərarını təsvib və təyid edib, mədrəsələrin milli dilə keçməsini bütün müəllim heyətinə bir milli vəzifə kimi tapşırır.

    Azərbaycan Milli Hökümətinin baş vəziri Seyyid Cəfər Pişəvəri”

    Əziz azərbaycanlılar!

    Gəlin bütün imkanlarımızla Güney Azərbaycanın kənd, şəhər, məktəb və idarələrində yuxarıdakı qanunların icrasının həyata keçirilməsi uğrunda israrlı olaraq, ardıcıl mübarizə və tələb etməklə onları əmələ keçirməyə nail olaq! Bununla, mənəviyyatımızı birgə qoruyaq, dilimizi əridib aradan qaldırmaq qəsdində olan düşmənin arzusunu ürəyində qoyaq!

    Dərin sayğılarla,

    Dr. Səadət Kərimi, İsveçdə “Qobustan” Azərbaycan Aydınlar Ocağının sədri"

    Təşkilatın üzvləri:

    Eluca Atalı (yazar)

    Duman Radmehr

    Güşvar Pənahi

    Ayda Əmir Haşimi

    Azər Baxşəliyev

    Elşən Nəzərov

    Rəşadə Moen

    Aynur Məlikova

    Ülviyyə Nəcəfova

    Rahim Telman Sadiqbəyli

    Turan Əliyev

    Dilarə Ələkbərova

    Hüseyn Nəsirli

    Konfrans iştirakçıları :

    Abdulla Əmir Haşimi Cavanşir ( İsveç )
    Prof. Mehman Dəmirli (Kipr)Babək Azad  (İsveç)
    Dos. Dr. Tünzalə Seyfullayeva
    Jalə Cəfərova
    İradə Məmmədova (Rusiya)
    Əzim Həsənzadə
    Aygül Yusubova (İsveç)
    Əlirza Ərdəbili  (İsveç)
    İlhamə Quliyeva
    Xatirə Qəmbərova (Rusiya)
    Prof. Rafail Qəribli  (Rusiya)
    Umay
    Əli Reza
    Aida Aminzadə
    Həmid Dadpur
    Bəyim Rəhimova (İsveç)
    Rəhim Şahbazi
    Taymaz Təbrizi (İsveç)
    Gültəkin Mürsəlyeva
    Dr. Çinarə Qəbulova
    Dos. Dr. Pərvanə Məmmədli
    Ülviyyə Abbasova (Rusiya)

    Və digər imza atanlar:

    Prof. Məsud Əfəndiyev (Almaniya)
    Prof. Solmaz Rüstəmova Tohidi
    Prof. Qulu Məhərrəmli
    Dos. Dr. Faiq Ələkbərli
    Prof. Zümrüd Dadaşzadə
    Prof. Reza Moridi (Kanada)
    Dr. Xəlil Kələntar (Yaponiya)
    Möhsün Ərdəbilçi  (İsveç)
    Səttar Sayınqala Sevigin (İsveç)
    Cemal Mehmethanoğlu (Türkiyə)
    Dos. Dr. Firdovsiyyə Əhmədova
    Prof. Sebahattin Şimşir  (Türkiyə)
    Prof. Sevda Suleymanova
    Dos. Dr. Nigar Gözəlova
    Dr. Şəlalə Bağırova

    Və 
    Hasan Barın (Türkiyə)

    Rüfət Muradlı

    Zaur Ustac

    Bünyamin Qəmbərli ( Ağsu)

    Rəhim Hüseynzadə (İranlı Mühacirlər Cəmiyyəti)

    Firidun İbrahimi (İranlı Mühacirlər Cəmiyyəti)

    İsmayıl Abdullahi (İranlı Mühacirlər Cəmiyyəti)

    Cahani Sədaqət (İranlı Mühacirlər Cəmiyyəti)

    Yadulla Kənani  (İranlı Mühacirlər Cəmiyyəti)

    Pərviz Kazımi

    Səriyə Ərdəbili Hekmat

    Nadir Ajənnejat

    Əkbər Dabbağ Dilmağani

    Şərifə Cəfəri

    Dos. Dr. Yusif Dirili Mahmudov

    Dr. Turan İbrahim

    Dr. Əlövsət Əmirbəyli (Xəzər Universiteti)

    Dr.dos. İradə Bağırova

    Dr. dos. Gülarə Yenisey (Türkiyə)

    Dos. Dr. İlkin Qulusoy (Türkiyə)

    Dr. Əli Şamil

    Dr. Toğrul Kərimov (Almaniya)

    Güllü Əhmədova (İsveç)

    Natiqə Zeynalova (Ağsu)

    Sevda Dadaşova (SAF dərnəyi başqanı, İsveç)

    Rafail Məmmədov (Rusiya)

    Elsevər Məmmədov (Göyçay)

    Əzimə Ağalarova (yazar, Almaniya)

    Südabə Sərvi (yazar)

    Dr. Dilqəm Əhməd (Türkiyə)

    Serpil Devrim  (şair, yazar, Türkiyə)

    Əbil Həsənov (yazar, Almaniya)

    Samirə Məmmədova (İsveç)

    Arzu Rzayeva (Norveç)

    Günel Quliyeva 

    Düzgün Atalı

    Dos. Dr. Nurlanə Ağayeva

    Rəna Məmmədova

    Mürsəl Zamanov (Göyçay)

    Əlif Cahangir (İsveç)

    Rəna Cəfər qızı Əliyeva

    Sevinc Məmməd qızı Məmmədova

    Elşad Məmməd oğlu Soltanov

    Şahin Məmməd oğlu Soltanov

    Zəhra Abdullayeva

    Kəmalə Nəbiyeva  (İsveç)

    Pərvanə Mehmanqızı (yazar)

    Təbrizli Məmmədrza (Norveç)

    Tubu Ələkbərova (Malmö, İsveç)

    Elyaz Yelkənli

    Xuraman Cəfərova (İsveç)

    Həsən Təmcidi (İsveç)

    Yeganə Cəfərova (Kanada)

    Türkay Arif qızı Rəhimova (İsveç)

    Səfərəli Qulizadə (İsveç)

    Günay Əliyeva

    İbrahim İbrahimov

    Ana Kərimi (İsveç)

    Ələsgər Quliyev

    Yeganə Hüseynova (İsveç)

    Sevinc Abdullayeva (İsveç)

    Nuriyə Nuriyeva