Gürcüstanın ombudsmanı Saakaşviliyə baş çəkib
Bu barədə Gürcüstan mətbuatı xəbər verib
Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani "Vivamed" klinikasında müalicə alan məhkum, ölkənin eks-prezidenti Mixail Saakaşviliyə baş çəkib.
Gürcüstan mətbuatı xəbər verir ki, ombudsman bunu jurnalistlərə deyib.
“Mən Saakaşvilinin səhhəti barədə danışa bilmərəm, lakin o, mənim əvvəlki ziyarətimdən (2023-cü ilin martında) daha yaxşı görünür, bu, mənim səlahiyyətim və klinikanın səlahiyyəti deyil. Mən onun səhhətinin vəziyyəti ilə bağlı məlumat aldım, lakin bu barədə açıq danışa bilmərəm”, - İoseliani qeyd edib.
Qeyd edək ki, Mixail Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb, bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün o, hələ də qaldığı Tbilisinin özəl “Vivamed” klinikasına aparılıb.