XƏBƏRLƏR / Qonşular

Gürcüstanın yeni Prezidenti yeni qanun imzalayıb

Sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub

Gürcüstanın yeni Prezidenti yeni qanun imzalayıb
Mixeil Kavelaşvili
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska ​​taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.

    Sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.

    Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska ​​və ya digər vasitələrlə gizlətmək” qadağandır.

    Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.

    Qanun dərc edildikdən sonra qüvvəyə minib.