HƏMAS Qəzzada atəşkəs razılaşmasını uzatmağa hazırdır
Bu barədə qurumun açıqlamasında deyilir

Fələstinin HƏMAS hərəkatı İsraillə atəşkəsin uzadılmasının tərəfdarıdır.
Bu barədə qurumun açıqlamasında deyilir.
“İslami Müqavimət Hərəkatı - HƏMAS humanitar atəşkəs razılaşmasında göstərildiyi kimi, azad edilən məhbusların sayını ciddi şəkildə artırmağa çalışaraq, atəşkəsi dörd günlük müddət başa çatdıqdan sonra da uzatmağa çalışır”, - deyə bəyanatda bildirilir.