Putin indi də Polşa ərazisinə iddia edir
Rusiya Prezidenti bu haqda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bəyan edib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə bir sıra xarici siyasət məsələlərinə toxunub.
O cümlədən tarixi xatırlayaraq qonşu Polşanın ərazi bütövlüyünü şübhə altına alıb: "Sovet İttifaqı sayəsində, Stalinin mövqeyi sayəsində Polşa Qərbdə əhəmiyyətli torpaqlar, Almaniya torpaqları aldı. Məhz belədir, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir.
Varşavadakı dostlarımız bunu unudublar? Biz onlara xatırladarıq."
Qeyd edək ki, Polşa 12 mart 1999-cu ildən NATO-nun üzvüdür.