Tramp Hörmüz boğazını açmaq üçün İrana 2 gün vaxt verdi
Bu barədə ABŞ Prezidenti özünün "Truth Social" şəbəkəsində yazıb
ABŞ Prezidenti Donald Tramp İrandan Hörmüz boğazını 7 aprelə qədər açmasını tələb edib.
ABŞ Prezidenti Truth Social-da yazıb: "Çərşənbə axşamı İranda Elektrik Stansiyaları və Körpü Günləri olacaq, ikisi birində. Belə bir şey heç vaxt olmayıb!!! Lənətə gəlmiş Hörmüz boğazını açın, dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız - SADƏCƏ BAXIN! Allaha həmd olsun".
Bundan başqa, Tramp kürdlər vasitəsilə İrandakı etirazçılara çoxlu silah göndərildiyini bildirib. Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
“Biz iranlı etirazçılara çoxlu silah göndərmişik. Biz bu silahları kürdlər vasitəsilə göndərmişik. Məncə kürdlər o silahları saxlayıblar”, - Tramp silahların etirazçılara çatmadığını və kürdlər tərəfindən saxlanıldığını iddia edib.
Eyni zamanda, Tramp bu ilin yanvarında İranda 45 min etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü qeyd edib.
1 dəqiqə