Haaqada Azərbaycanın müraciəti üzrə dinləmələr keçiriləcək
Bu barədə Məhkəmənin yaydığı mətbuat açıqlamasında qeyd edilib
Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın müraciəti üzrə dinləmələr keçirəcək. Bu barədə Məhkəmənin yaydığı mətbuat açıqlamasında qeyd edilib.
Bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarını məqsədyönlü şəkildə pozmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq.
Dinləmələr Haaqadakı Sülh sarayında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini yanvarın 4-də təqdim edib.