XƏBƏRLƏR / Məhkəmə

Yekaterinburqda daha bir azərbaycanlı həbs edilib

YENİLƏNİB

Yekaterinburqda daha bir azərbaycanlı həbs edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:43

    Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.

    Məhkəmə Əhliman Gənciyevin barəsində ötən prosesdə seçilmiş 72 saatlıq həbs qətimkan tədbirinin uzadılması haqqında qərar çıxarıb.

    Məhkəmə Gənciyevin həbs müddətini 22 gün uzadaraq onu iyulun 19-na kimi istintaq təcridxanasına göndərib.

    ***

    13:12

    TASS-ın müxbiri xəbər verir ki, Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

    Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.

    Məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

    Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.

    Qeyd edək ki, Bakir Səfərov barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılırdı.

    İstintaq Komitəsi bundan əvvəl Yekaterinburqda istintaqın məlumatına görə, 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə əli olan etnik qrupun fəaliyyətinin dayandırıldığını bildirib.

    İyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovlar barəsində həbs-qətimkan tədbiri seçib.