XƏBƏRLƏR / Məhkəmə

Ruben Vardanyana hökm sabah oxunacaq

Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib

Ruben Vardanyana hökm sabah oxunacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası fevralın 17-də davam etdiriləcək.

    Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

    Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.