Haitidə həbsxanaya hücum olub, yüzlərlə məhbus azad edilib
Bu barədə “Gazette Haiti” portalı məlumat yayıb
Silahlı dəstələrin üzvləri Haitinin paytaxtı Port-o-Prensin əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azadlığa buraxıblar.
TASS agentliyi xəbər verir ki, bu barədə “Gazette Haiti” portalı məlumat yayıb.
Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Məhkumlar azad edildikdən sonra həbsxana nəzarətçiləri sərbəst buraxılıb.