XƏBƏRLƏR / Diplomatiya

Hakan Fidan Azərbaycana gələcək

Türkiyə xarici işlər naziri Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin IX üçtərəfli görüşdə iştirak edəcək

Hakan Fidan Azərbaycana gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

    Bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib.

    O qeyd edib ki, səfər sabah İraqın paytaxtı Bağdadda keçiriləcək görüşlərdən sonra baş tutacaq.

    Hakan Fidan Bakıda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin IX üçtərəfli görüşündə iştirak edəcək.