XƏBƏRLƏR / Rəsmi

Hakan Fidan: Türkiyə Hələbdəki qarşıdurmalara qarışmır

Türkiyənin xarici işlər naziri bunu Hələbdəki son hadisələrlə bağlı sualı cavablandıraraq deyib

Hakan Fidan: Türkiyə Hələbdəki qarşıdurmalara qarışmır
Hakan Fidan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT World" Forumunda Hələbdəki son hadisələrlə bağlı sualı cavablandıraraq deyib ki, "Türkiyə Hələbdəki qarşıdurmalara qarışmır. Ehtiyat tədbirləri görülür. Yeni köç dalğasına səbəb olacaq heç bir addım atmayacağıq".

    Nazir həmçinin, "Türkiyə kövrək bir coğrafiyada sülh və sabitliyin təmin edilməsində artan rol oynayır. Türkiyə problemlərə diaqnoz qoyur, həll yolları təklif edir və beynəlxalq nizamın çevrilməsi üçün çalışır" deyib.