Türkiyənin Hatay vilayətində növbəti dəfə zəlzələ hadisəsi qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Rixter cədvəli 4.5 ballıq maqnituda ilə qiymətləndirilən yeraltı təkanın ocağı yerin 13.3 kilometr dərinliyində yerləşib. Zəlzələnin episentri vilayətin Samandağ rayonu sahillərində - Aralıq dənizində olub. İtki və dağıntılarla bağlı məlumat verilməyib.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.