XƏBƏRLƏR / Hava

Hava kəskin soyuyacaq, temperatur 10 dərəcə aşağı enəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb

Hava kəskin soyuyacaq, temperatur 10 dərəcə aşağı enəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah gündüzdən oktyabrın 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.