BLOQ

Heç nəyin aydın olmadığı aydındır...

...ya da Rusiya Ukrayna arasındakı danışıqlarda nə baş verir

Heç nəyin aydın olmadığı aydındır...
  • Oxuma müddəti:

    2 dəqiqə

  •  Rusiya və Ukrayna arasında hərbi münaqişənin həlli ilə bağlı ictimai bəyanatların təhlili getdikcə çətinləşir. Tərəflər dördüncü aydır təşəbbüs, eləcə də Trampın lehinə mübarizə aparmaqda davam edir. Nəticədə kimin kimə nə vəd etdiyi, kimin hara və hansı şərtlərlə getdiyi artıq heç bəlli deyil.

    Yada salaq: dünən axşam Putin avropalıların və Ukraynanın 30 günlük atəşkəsə başlamaq təklifini rədd edərək, ukraynalılara vasitəçisiz görüş təklif edib. Bu gün günortadan sonra avropalılar, ukraynalılar və amerikalılar buna reaksiya verdilər (çaşmamağa çalışın) 

    Avropalılar və Zelenski günün birinci yarısında ortaq mövqe ilə çıxış ediblər. Onlar bildiriblər ki, müharibəni dayandırmaq üçün danışıqlar yalnız Rusiya 30 günlük atəşkəsə razılaşdıqdan sonra mümkün olub. Əhəmiyyətli olan odur ki, Zelenski və Avropa liderlərinin şənbə gecəsi danışdıqları ABŞ Prezidenti Tramp da bu səhər Makronun dediyi mövqedən çıxış edir.

    Lakin daha sonra Tramp Makronun sözlərini mahiyyətcə təkzib edib. O, “Truth” sosial şəbəkəsindəki paylaşımında Ukraynanı İstanbulda görüşə razılıq verməyə çağırıb. Tramp bildirib ki, danışıqlarda Rusiyanın razılaşma əldə etməyə hazırlığı qiymətləndiriləcək. Dolayısıyla, Tramp Putinə sataşmağı da unutmur: “İkinci Dünya müharibəsində Birləşmiş Ştatlar olmadan (heç bir halda!) qazana bilməyəcək qələbəni qeyd etməklə çox məşğuldur”.

    Trampın bəyanatından sonra Zelenski hələ də Kremldən 30 günlük atəşkəsə razılaşacağını gözlədiyini və mayın 15-də şəxsən Putini Türkiyədə gözləyəcəyini yazıb. Yəni, formal olaraq Zelenski Trampı dinləyib. Bununla belə, Putinin İstanbula özünün də razılıq verəcəyini təsəvvür etmək çətindiri. Gecə nitqində Putin faktiki olaraq Rusiyanı Putinin nümayəndələri – Prezidentin köməkçisi Medinski və deputat Slutskinin təmsil etdiyi İstanbul danışıqlarının 2022-ci il formatına qayıtmağı təklif etdi.

    Ümumiyyətlə, bazar günü axşam saatlarında danışıqların mayın 15-də baş tutub-tutmayacağı, əgər belədirsə, hansı səviyyədə və bu danışıqların atəşkəs və ya davam edən döyüşlər fonunda baş tutacağı tam bəlli deyil.

    Müharibənin 1173-cü günü idi.

    Fəridə Rüstəmova, 

    Faridayli Teleqram kanalı

    (Rus dilindən tərcümə - ANS Press)