BLOQ

Azərbaycanda mövcud olmayan İsrail hərbçiləri çıxarılır?

Xarici mətbuat təsdiq olunmamış məlumatlarla İran-Azərbaycan münasibətlərini qızışdırmaq istəyir

Azərbaycanda mövcud olmayan İsrail hərbçiləri çıxarılır?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İsrailin KAN TV telekanalı İranın zərbə endirməsi təhlükəsi ilə əlaqədar İsrail hərbiçilərinin Azərbaycandan çıxarılması haqqında məlumat yayıb.

    Bu məlumatı bu gün Rusiyanın TASS Agentliyi KAN TV-yə istinadla dərc edib.

    İran tərəfindən zərbə endirilməsi təhlükəsi fonunda güya İsrail ordusu öz hərbiçilərinin Azərbaycanda və Gürcüstanda qalmasını qadağan edib, deyə KAN dövlət teleradio şirkəti bildirib. 

    "Hər hansı səbəblərlə bu iki Cənubi Qafqaz ölkəsində olan İsrail hərbiçiləri dərhal İsrailə qayıtmalıdırlar", - deyə məlumatda bildirilir.

    Qeyd edək ki, İran çoxdan Azərbaycanda, İranla sərhəddə İsrail kəşfiyyat obyektlərinin yaradıldığında israr edir. Rəsmi Bakı dəfələrlə bunu təkzib edib, öz ərazisindən İrana qarşı hər hansı düşmənçilik hərəkətlərinə yol verməyəcəyini bildirir.

    Öz növbəsində, Tehran indiyədək Azərbaycanda İsrail obyektlərinin mövcudluğunun hər hansı dəlilini təqdim etməyib.

    Qeyd edək ki, İranın Kürdistandakı və Azərbaycandakı İsrail obyektlərinə zərbə endirməsi mümkünlüyü haqqında məlumat şənbə günü Britaniyanın The Telegraph qəzetindəki nəşrdən sonra yayılıb.

    Bu nəşrdə prezident Pezeşkianın köməkçilərindən birinin Kürdistan və Azərbaycanın liderlərinə əvvəlcədən xəbərdarlıq edərək, İsrailin bu ölkələrdəki obyektlərinə şərti zərbə endirmək İsrailin özünə qarşı böyük müharibəyə başlamaqdan daha yaxşı olduğu haqqında sözlərindən sitat gətirilib.

    İstisna olunmur ki, bu yazıların arxasında erməni lobbisi dayanıb.