Heidi Kühn: Biz minalanmış əraziləri bağlara çevirməliyik
Bunu “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Bakıda deyib
![Heidi Kühn: Biz minalanmış əraziləri bağlara çevirməliyik](/uploads/images/2023/05/rs/image_750x_6470646da927c-750-1080-resize.webp)
Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb.
Bunu “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn bu gün Bakıda keçirilən “Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciətində deyib.
Azərbaycana səfəri çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşitdiyini, onları dinlədiyini deyən Heidi Kühn vurğulayıb: “Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb. Biz minaları təmizlənmək və yenilərinin basdırılmasının qarşısını almaq üçün birgə işləməliyik. Biz insanlıq üçün birləşməliyik".