Azad edilmiş ərazilər və Naxçıvanda birgə təlim keçiriləcək
Azərbaycan-Türkiyə birgə təlimləri Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunur VİDEO
Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri ölkəmizdədir.
Bu barədə Müdafiə Nazirliyi xəbər verib.
Qeyd edək ki, birgə taktiki təlimin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi planlaşdırılır.