XƏBƏRLƏR / Hərbi

Rusiya nüvə qüvvələrinin istifadəsi üçün təlimlərə başlayıb

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Rusiya nüvə qüvvələrinin istifadəsi üçün təlimlərə başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Ordusu nüvə qüvvələrinin hazırlanması və istifadəsi üçün təlimlərə başlayıb.

    19-21 may tarixlərində keçirilməsi planlaşdırılan təlimlərdə Belarusda yerləşdirilən nüvə silahlarının hazırlanması və istifadəsinə diqqət yetiriləcəyi bildirilir. Strateji Raket Qüvvələri və uzaqmənzilli aviasiya iştirak edəcək.

    Təlimlərdə 64 min şəxsi heyyət, 200-dən çox raket buraxılış qurğusu, 140-dan çox təyyarə, 73 gəmi və 13 sualtı qayıq iştirak edəcək.