Reportaj

HƏMAS-ın azad etdiyi qadının qızını və ərini öldürüblər

Bu barədə CNN yazır

HƏMAS-ın azad etdiyi qadının qızını və ərini öldürüblər
Çen Qoldşteyn-Almoq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Uşaqları ilə birlikdə azad edilən israilli girovun qardaşı bacısının Qəzzada girovluqda olarkən əri və qızının oktyabrın 7-də öldürüldüyünü bildiyini deyib.

    Bu barədə CNN yazır.

    "Mən hamıya bildirməkdən çox şadam ki, bacım Çen Qoldşteyn-Almoq və üç uşaq Aqam, Qal və Tal bizimlə qayıdırlar və onlar özlərini yaxşı hiss edirlər".

    "Onlar Nadav və Yamın evdə öldürüldüyünü əvvəldən bilirdilər" deyib. “Onlar bu fikirlə Qəzzaya girov kimi getdilər, oğurlandılar. Biz onların İsraildə sağlam və yaxşı əhval-ruhiyyədə olduqlarına görə çox şadıq”.

    Çen Qoldşteyn-Almoqun qızı Yam öldürüləndə 19 yaşında idi. Onun əri Nadavın 48 yaşı var idi.