BLOQ

Həmin gün qadınların bağırtısından qulaq tutulurdu...

24 aprel 1992-ci ildən yazıram

Həmin gün qadınların bağırtısından qulaq tutulurdu...
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Əgər 1992-ci ildə mənim də (bizim də) İlham Əliyev və Ulu Öndər Heydər Əliyev kimi Ali Baş Komandanımız olsaydi, nə QARABAĞ, nə də əlavə yeddi rayon ermənilər tərəfindən işğal oluna bilməzdi. Heç 32 il davam edən bu munaqişə də alovlanmazdı.

    Mən indi söyləyəcəyim faktı 31 il heç yerdə deməmişəm və açıqlamamışam. Ona görə yox ki, kimdənsə qorxmuşam və ya cəkinmişəm, yox... yalnız ona görə ki, Birinci Qarabag muharibəsində itkin düşən şəhidlərimiz çox olub, ona görə ki, onların valideynlərinin ürəklərinə toxunmaq istəməmişəm, bir təsəlli tapmaq, cətin də olsa, ümidlə yaşamaqlarını istəmişəm. Mən bilmirəm, 1992-ci ildə Xocalıdan, Qaradağlıdan və digər kənd və rayonlardan nə qədər İtkin düşən, Şəhid olan, əsir götürülən olub, dəqiq rəqəmləri bilmirəm. Amma onu bilirəm ki, həmin gün, sözun əsl mənasında, Qiyamət günü idi və heç vaxt da unuda bilmirəm və təbii ki, bu mümkün deyil.

    1992 -ci il aprel ayının 24-nə kimi dəqiq məlumatım var idi ki, Xankəndində yaşayan ermənilər Kocaryan, Qukasyan, Sarkisyan, Samvel Babayan və digərlərinin iştirakı ilə "soyqırım" günü kecirəcəklər, "qurbanlar kəsiləcək”. Dəqiq yer də, məkan da, hətta saat da məlum idi. Bura ermənilərin kütləvi yaşadıqları Baluca kəndi ilə Kosalar kəndinin arasında yerləşənBert yuksəkliyi idi və hazırlıqlar gedirdi.

    Üç gün gecə-gündüz müdafiə nazirinə zəng etdik, tapa bilmədik. Axırda məcbur olub Prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədova zəng etdik. Müdafiə Nazirliyindən fərqli olaraq Yaqub Məmmədova tez-tez “düşürdük”. Şuşadan zəng edirdik axı!

    Üç gün də belə vaxt itirdik, 4-cü gün əsəbi şəkildə bildirdi ki, daha ona zəng edib narahat etməyək, ancaq əvvəl söz verirdi ki, bu işlə ciddi məşğul olacaq: “Sizin mudafiə naziriniz var. Ona zəng edin, bura yoox!”. Yaqub Məmmədov belə dedi. Lent yazısı var.

    Həmin gün gəldi. Asılmaq ücün qurulan dar agaclari, "qurban kəsilənlər"… Hər cür cəza növündən istifadə olunurdu. Qadınların bağırtısından qulaq tutulurdu. Tam dərinliyə getmək istəmirəm, həmin gün içərilərində uşaqlar və qadınlar da olmaqla, 190 nəfər muxtəlif növ işgəncələrlə qətlə yetirildi.

    P.S. Ora girmək cox asan idi, çıxmaq isə mumkün deyildi. Amma Yaqub Məmmədov, Rəhim Qaziyev kömək etsəydi, bəlkə də bu hadisə baş verməzdi…