BLOQ

İsrail və Livan atəşkəslə bağlı elə bil razılığa gəliblər...

Barışıq kövrəkdir və əminəm ki, o, uzun sürməyəcək

İsrail və Livan atəşkəslə bağlı elə bil razılığa gəliblər...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şərtləri oxuyandan sonra heyrətlənirsən... Sən demə, "lövhə"dən başqa Livanın ən azı dövlət qurumları var imiş: ordusu, nəzarət strukturları, administrasiyası...

    Hazırkı müharibə ilə İsrail Livanın dövlət qurumlarını formalaşdırır. İsrail məcbur edir və şərait yaradır ki, məhz onlar, bu qurumlar ölkələrinə görə məsuliyyət daşısınlar.

    Razılaşma "Hizbullah"ın geri çəkildiyini, lakin yoxa çıxmadığını açıq şəkildə göstərir.

    Və bütün bunlar Trampın prezidentliyi ərəfəsində baş verir. Demokratlar açıq sualları dayanmadan bağlamağa çalışırlar; Ukrayna üçün prezident seçkilərindən əvvəl verilməyən bütün icazələr də həmçinin.

    Yəni belə çıxır ki, demokratik administrasiya bütün bunları edə bilərdi, amma etmirdi... və Harris seçilsəydi, onda bu tələm-tələsik rejim də olmazdı?!

    İsrail və Livan arasında barışıq kövrəkdir və əminəm ki, o, uzun sürməyəcək. Elan edilən 60 gün müddəti, məhz Trampın prezidentliyinin başlanğıcıdır!

    Və nəhayət... ABŞ-ın rolu qeyd olunur və şərtlər arasında Fransa yoxdur!!! Paris razılaşmaların təminatçısı olmağa can atsa da, İsrail bu fürsətin reallaşmasına imkan vermədi. Makron tək Ermənistan-Azərbaycan məsələsində yox, həm də Yaxın Şərqdə spoylerdir.