"Həmrəylik halqası" Avropada nəqliyyat potensialını artırır
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Sofiyada deyib
"Həmrəylik halqası" Avropada nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
"Bu memorandum "STRING" təşəbbüsünün reallaşdırılması yolunda vacib addımdır. Azərbaycan artıq iki ildir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynayır", - P. Şahbazov deyib.
Nazirin sözlərinə görə, Azərbaycan bu kimi infrastruktur layihələri tam dəstəkləyir.
" "STRING" ölkələri gələcəkdə digər ölkələrə qazın nəqlində tranzit rolu oynaya bilərlər", - deyə o qeyd edib.