XƏBƏRLƏR / Hərbi

Həsənov və Akar “Anadolu Qartalı 2023” təlimini izləyib

Bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb

Həsənov və Akar “Anadolu Qartalı 2023” təlimini izləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə “Anadolu Qartalı 2023” təlimini izləyib.

    Bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.

    Təlimlərin müşahidəçi günündə çıxış edən Akar, Hərbi Hava Qüvvələri Komandanlığının terrorla mübarizə başda olmaqla, üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirdiyini qeyd edib: "Biz inanırıq ki, problemlərin mehriban qonşuluq münasibətləri, sülh və dialoq yolu ilə, beynəlxalq hüquq normalarına uyğun həlli mümkündür. Biz bu istiqamətdə səylər göstəririk”.

    Bundan əlavə, Akar Türkiyənin Rusiya-Ukrayna müharibəsində axan qanı dayandırmaq, atəşkəs əldə etmək və sülh danışıqlarını bərpa etmək üçün işlərini davam etdirdiyini də vurğulayıb.