XƏBƏRLƏR / Siyasət

H.Hacıyev və A.Qriqoryan eyni panel müzakirəsində olacaqlar

Mövzu: "Dinc gələcəyə doğru: Cənubi Qafqaz üçün yeni şəfəq?"

H.Hacıyev və A.Qriqoryan eyni panel müzakirəsində olacaqlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə "Dinc gələcəyə doğru: Cənubi Qafqaz üçün yeni şəfəq?" panel müzakirəsində iştirak edəcək.

    Bu barədə Bratislava Forumunun "GLOBSEC2023" saytı məlumat yayıb. 

    Forum mayın 30-da baş tutacaq.