HHQ-nin qırıcı təyyarələri gecə uçuşları keçirib VİDEO

Bu barədə Müdafiə Naziriyi xəbər yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını davam etdirir. Müdafiə Nazirliyi xəbər verir ki, bazalanma aerodromlarından gecə uçuşları icra edən aviasiya vasitələrinin ekipajları ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və digər epizodlar üzrə müxtəlif tapşırıqları icra ediblər.
    Uçuş heyətinin döyüş hazırlığının daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.