Hikmət Hacıyev antiterror tədbirlərinin baş çatması haqda
Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi”
Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, Qarabağdakı hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu:
“Ona görə də Azərbaycan ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli oldu. Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi”.