XƏBƏRLƏR / Müttəfiq

Hikmət Hacıyev Buxaradan paylaşım edib

Bu barədə o, "X" hesabında yazıb

Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib.

    Bu barədə o, "X" hesabında yazıb.

    "Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya - əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - deyə o, paylaşımda qeyd edilib.

    Qeyd  edək ki, Azərbaycan Respublikasının dövlət rəsmiləri və hökümət nümayəndələri Buxaraya (Özbəkistan) gediblər.