XƏBƏRLƏR / Hərbi

Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb

NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanın rəhbərlik etdiyi heyət Bakıda səfərdədir

Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev NATO nümayəndələri ilə görüş keçirib.

    NATO Baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu San başda olmaqla, Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30-cu ildönümünə həsr olunmuş Akademik Konfransda iştirak etmək üçün Bakıda səfərdədir.

    Görüş çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, praktiki əməkdaşlıq, humanitar minatəmizləmə, enerji təhlükəsizliyi, mühüm infrastrukturun qorunması, iqlim dəyişikliyi, sərhəd təhlükəsizliyi kontekstində qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsələlər müzakirə edilib.

    Bundan əlavə, Hikmət Haciyev NATO nümayəndə heyətini regional təhlükəsizlik və Ermənistanla normallaşma prosesi ilə bağlı məsələlər, eləcə də sülh sazişinin hazırkı vəziyyəti barədə məlumatlandırıb.

    Prezidentin köməkçisi həmçinin NATO-nun Bakıda keçirilən COP29-da yüksək səviyyədə iştirakına görə minnətdarlığını bildirib.

    Burcu San Azərbaycanın NATO-nun rəhbərlik etdiyi əməliyyatlara və Müttəfiq Dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Bu kontekstdə Əfqanıstandan çıxarılan sonuncu tərəfdaş kontingentin təxliyə prosesinə kritik dəstək verən Azərbaycanın sülhməramlı qüvvələri olduğu xüsusi vurğulanıb.

    NATO Baş katibinin müavini Azərbaycanı COP29-un müvəffəqiyyətlə başa çatması münasibətilə təbrik edib.