XƏBƏRLƏR / Hərbi

Prezident "Leonardo" şirkətinin baş direktoru ilə görüşüb

Şırkət aerokosmik, müdafiə və təhlükəsizlik sahəsində ixtisaslaşıb

Prezident "Leonardo" şirkətinin baş direktoru ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.

    "Leonardo S.p.A" şırkəti aerokosmik, müdafiə və təhlükəsizlik sahəsində ixtisaslaşmış İtaliya şirkətidir. Baş ofisi İtaliyanın Roma şəhərində yerləşən şirkətin dünya üzrə 180 filialı var. O, 2018-ci il gəlirlərinə əsasən dünyanın səkkizinci ən böyük müdafiə podratçısıdır. Şirkətin səhmlərinin 30,2%-nə sahib olan və ən böyük səhmdarı olan İtaliya hökumətidir.