XƏBƏRLƏR / Siyasət

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

Bu barədə Türkmənistan XİN məlumat yayıb

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.

    Bu barədə Türkmənistan XİN məlumat yayıb.

    Görüş zamanı Türkmənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

    Tərəflər bütün sahələrdə uğurla qurulmuş əməkdaşlığın daha da inkişaf etdirilməsinin eləcə də ən yüksək səviyyədə sıx dialoqun saxlanılmasının vacibliyini vurğulayıblar.