Hikmət Hacıyevin İrana səfəri çox məhsuldar oldu
İndiki məqamda İranla münasibətləri yaxşılaşdırmaq lap yerinə düşər

Mən başa düşdüyüm qədər, deyəsən əzəldən Azərbaycan prezidenti dəvət olunmuşdur. Amma növbədə İran prezidentinin səfəridir. Üstəlik, baş verən hər şeydən sonra, o cümlədən birbaşa vəzifəsi ilə məşğul olmayan imamların ağızlarını allah yoluna qoymaqlarından sonra.
Ona görə də başa düşürəm ki, Hikmət Hacıyevin getməsinə qərar verilib. Və başa düşdüyüm kimi, arada ilkin şərtlər də var idi: İran Ali Məhkəməsinin səfirliyə hücumla bağlı qərarı (nə oldu, tüpürdüklərini yaladılar?), habelə həmin o mollaların istefası.
Maraqlı görüşlər, İran prezidenti ilə görüşlə yekunlaşan müzakirələr.
Başa düşdüyüm qədər, o, Azərbaycana səfərə hazırlaşır. Əslində onun Azərbaycanda insanlara özünü sevdirmək üçün yaxşı imkanı var. Baxaq görək.
Rusiya ilə münasibətlərin mürəkkəbləşdiyini nəzərə alsaq, İranla münasibətləri yaxşılaşdırmaq lap yerinə düşər.