BLOQ

Presedentlər yaradan Azərbaycan

Prezidentin “Əl-Ərəbiyyə”yə verdiyi müsahibənin qeosiyasi çalarları

Presedentlər yaradan Azərbaycan
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Beləliklə, əgər kiminsə Rusiya ilə Azərbaycan arasında baş verən son hadisələrə və standart üsullarla hər şeyi “geri qaytarmağın” mümkün olub-olmayacağına hələ də şübhəsi varsa, o zaman “Əl-Ərəbiyyə”yə müsahibəsində prezident Əliyev açıq şəkildə bildirib ki, belə şübhələr olmamalıdır.

    Həştərxanda keçirilən hökumətlərarası görüş və ondan sonrakı bəyanatları Rusiya ilə Azərbaycan arasında “yaxınlaşmanın ictimai görünüşü” kimi xarakterizə etmək olar. Nə çox, nə də az.

    Rusiya və Azərbaycan liderlərinin gələn həftə Çində gözlənilən (və hələ də mümkün olan!) görüşünün bu vəziyyəti dəyişə biləcəyi sualı açıq qalır. Prezident Əliyev müsahibəsində göstərdi ki, Azərbaycanın Rusiya ilə münasibətlərdə baş verən son hadisələrə münasibəti və təmas zərurəti yumşalmamışdır.

    İki versiya:

    (1) Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Azərbaycan mülki təyyarəsini təsadüfən vurması (Rusiya günahkardır, üzr istəməlidir) və ya

    (2) Ukraynanın Rusiyanın mülki infrastrukturuna, xüsusən də hava limanlarına hücumları nəticəsində Azərbaycan təyyarəsinin Rusiya hava məkanı üzərində vurulması (Ukrayna günahkardır, Bakı Rusiya ilə birgə Ukraynanı məsuliyyətə cəlb etməlidir) arasında seçim nəzərə alınmaqla, Bakı Ukraynanı suçlamamaq yolunu seçdi.

    Əksinə, prezident Əliyev müsahibədə Rusiyanın Cənubi Qafqazda həm tarixi, həm də indiki rolundan narazılığını vurğulamaq fürsətindən maksimum istifadə edti.

    Jurnalist Suriyanın ərazi bütövlüyü ilə bağlı sual verəndə Prezident məqamdan istifadə edərək Azərbaycanın Rusiyanın işğalına qarşı müqavimətdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi.

    Beləliklə, əminliklə demək olar ki, gərginliyin ictimai fonu ilə yanaşı, bunun arxasında dərin səbəblər də var. Ən diqqətəlayiq hallar arasında Bakının istənilən postsovet ölkəsi ilə bağlı “Ukrayna ssenarisi”nin təkrarlanması ilə bağlı narahatlığı var. Zərbələr onun ərazisinə yox, məsələn, Gürcüstan, Qazaxıstan və ya digər Orta Asiya respublikalarına endirilsə və ya Moskva Ermənistanda Paşinyan hakimiyyətini dəyişdirməyə, revanşistləri hakimiyyətə gətirməyə cəhd etsə belə, Azərbaycan zərər görəcək.

    Bakı bunu başa düşür və qabaqlayıcı addımlar atır.

    Hazırkı Rusiya-Azərbaycan münasibətlərində yüksək dərəcədə aşkarlıq və gərginliyi məhz bununla izah edə bilər. Əvvəlki illərdə yaranan fikir ayrılıqlarına baxmayaraq, tərəflər məsələləri sakitcə həll etməyə üstünlük verirdilər və gərginlik yalnız sətirlər arası oxumağı bilənlərdə nəzərə çarpırdı. İndi hər şey başqadır: Prezident Əliyev narazılığını bildirmək üçün qəsdən ən açıq yolu seçir. Səbəblərdən biri Azərbaycanın narahatlığını postsovet regionunun digər rəhbərlərinə açıq şəkildə çatdırmaq istəyi ola bilər. Onların arasında Ukrayna ssenarisinin təkrarlanacağı ilə bağlı qorxuları bölüşənlər varsa, onların Bakı ilə ittifaq yaratması daha asan olacaq.

    Üstəlik, Səudiyyə Ərəbistanında yerləşən “Əl-Ərəbiyyə” jurnalisti tərəfindən verilən sualların özü də Körfəz ölkələri və bütövlükdə Yaxın Şərqi maraqlandıran mövzuya işarə edir. Azərbaycanın Suriya, İsrail və Türkiyədəki fəaliyyəti regionun varlı dövlətlərinin diqqətini çəkib və onlar həm də Oval Ofisdə gedən prosesləri diqqətlə izləyirlər.

    Azərbaycanın Yaxın Şərqlə diplomatik təmaslarının intensivliyi bir daha sübut edir ki, həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqaz öz tarixi “postsovet” mərhələsindən tədricən çıxır. Böyük Xəzər regionunda (Cənubi Qafqaz+Mərkəzi Asiya) digər ölkələrin də eyni yolla gedə biləcəkləri sual altındadır. Azərbaycan, şübhəsiz ki, presedentlər yaradır.