Hindistan Ermənistanı silahlandırmaqda davam edir
Bu barədə Hindistan KİV-i ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb
Hindistan yaxın bir neçə ay ərzində Ermənistana özünün “Akaş” zenit-raket komplekslərini (SAM) tədarük etməyə başlamaq niyyətindədir.
Bu barədə Hindistan KİV-i ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Ermənistana çatdırılmaların yaxın bir neçə ay ərzində başlanması gözlənilir”, - mənbə bildirib. Məlumata görə, Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb.
“Bu arada, Braziliya, Misir və Filippin də daxil olmaqla bir çox ölkə “Akaş” hava hücumundan müdafiə sisteminə maraq göstərir”, - mənbə qeyd edir.
“Akaş” qısa mənzilli hava hücumundan müdafiə sistemi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən yaradılıb. Kompleksin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri bir neçə yeni modifikasiya yaradılmışdır.