XƏBƏRLƏR / Hərbi

Şimali Koreya yeni tankını nümayiş etdirib

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb

Şimali Koreya yeni tankını nümayiş etdirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Koreya tank ekipajları arasında keçirilən yarışda yeni tankını nümayiş etdirib.

    Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

    Yarışı Şimali Koreya lideri Kim Çen In, müdafiə naziri Kanq Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Li Yonq Gil izləyiblər.

    Kim Çen In yarışda ilk dəfə heyrətamiz döyüş qabiliyyətini nümayiş etdirən yeni tipli döyüş tankının güclü zərbə qüvvəsi və manevr qabiliyyətini nümayiş etdirməsindən məmnunluğunu ifadə edib.

    Yarışdan sonra Şimali Koreya lideri sürücünün yerini alaraq yeni tankı şəxsən sınaqdan keçirib.