Hindistan Rusiya-Belarus hərbi təlimlərinə qoşulub
Bu haqda xəbər verən “The Times” qəzeti Hindistanın bu addımını “qırmızı xətti keçmək” adlandırıb

“The Times” qəzetinin yazdığına görə, Hindistan Rusiya-Belarus hərbi təlimlərinə “Zapad-2025” qoşulmaq və öz qoşunlarını göndərmək qərarına gəlib.
Hindistan Müdafiə Nazirliyi təlimlərə ordunun ən şərəfli bölmələrindən biri olan Kumao alayının döyüşçüləri də daxil olmaqla 65 hərbçinin göndərildiyini bildirib.
Müdafiə Nazirliyi onu da əlavə edib ki, qoşunlar rusiyalı həmkarları ilə birgə birgə təlimlərdə, taktiki təlimlərdə və xüsusi silahlanma vərdişlərinin məşqində iştirak edəcəklər.
Qəzet Hindistanın bu addımını “qırmızı xətti keçmək” adlandırıb.