XƏBƏRLƏR / İctimaiyyət

Hindistanda ağ düyü sortlarının ixracı qadağan edildi

Hindistanda ağ düyü sortlarının ixracı qadağan edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistanın hakimiyyət orqanları qeyd edilən təmizlənmiş ağ düyü sortlarının ixracını qadağan edib.

    Bu barədə ölkənin İstehlakçı Məsələləri və Ərzaq Paylanması Nazirliyi məlumat yayıb.

    Qadağan olunmuş sortlar düyü ixracının 25 faizini təşkil edir.

    Nazirlik “Basmati” istisna olmaqla, ağ düyü sortlarının ixracına qoyulan məhdudiyyətlərin ölkədə qiymətlərin ucuzlaşmasına səbəb olacağını proqnozlaşdırır.

    Bildirilib ki, Hindistan hökuməti bu sortların ixrac siyasəti qaydalarına dəyişiklik edərək, onların kateqoriyasını “20 faiz rüsumla pulsuz ixrac”dan “qadağan olunmuş”a dəyişdirib.

    Qeyd edək ki, Hindistan dünyada düyü ixracının 40 faizini təşkil edən ölkədir.