XƏBƏRLƏR / İctimaiyyət

Holokostdan sağ çıxan 245 min yəhudi sağdır

Dünya miqyasında araşdırma aparılıb

Holokostdan sağ çıxan 245 min yəhudi sağdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dünyada Holokostdan sağ çıxan 245 min yəhudi qalıb.

    "Deutsche Welle" xəbər verir ki, bu statistik məlumatları nasizm qurbanlarına yardım edən təşkilat - JCC təqdim edib.

    JCC rəhbəri Gideon Trylor bildirib ki, onlardan təxminən yarısı 81-85 yaş arasında, beşdə biri isə 90 yaşdan yuxarıdır və köməyə ehtiyac duyur.

    Almaniyada nasist rejim tərəfindən təqib edilmiş təxminən 14 200 yəhudi yaşayır. Fransada onların sayı 21 900 nəfərdir - bu, Avropadakı ən böyük yəhudi diasporudur. Holokostdan sağ çıxmağı bacaranların əksəriyyəti bu gün İsrail və ABŞ-da yaşayır: 119 300 və 38 400 nəfər.

    1933-1945-ci illər arasında hitlerçilər Avropa və Şimali Afrikada altı milyona yaxın yəhudinin həyatına son qoyublar.

    İkinci Dünya müharibəsi zamanı Polşada nasist Almaniyası tərəfindən qurulan Osventsim konsentrasiya və məhvetmə düşərgəsi. Düşərgədə ən azı 1,1 milyon insanın öldürüldüyü təxmin edilir