Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək VİDEO

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Horadiz–Ağbənd dəmir yolu xətti üzrə 8 stansiyanın tikintisi planlaşdırılır.

    Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

    Bildirilib ki, Horadiz–Ağbənd dəmir yolu xəttinin layihələndirmə işlərinin 85%-i başa çatıb. Azərbaycanı Zəngəzur dəhlizinə aparan yolun tikinti işlərinin isə 73%-i yerinə yetirilib:

    "Horadiz–Ağbənd dərmiyol xəttinin III mərhələsi üçün 5 körpü tikilib. 1 tunel, 2 qalereya, 2 alt keçid və 1 yükləmə-boşaltma meydançasının inşası davam etdirilir. Dəmiryol xəttinin ox üzrə uzunluğu 110,4 km-dir".