Hörmüz boğazı bağlı qalsa belə, İranla savaş bitəcək FOTO
Bu barədə Trampın köməkçilərinə istinadən "The Wall Street Journal" qəzeti yazır
"The Wall Street Jjournal"-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp köməkçilərinə Hörmüz boğazı bağlı qalsa belə, İranla müharibəni dayandırmağa hazır olduğunu bildirib.

Son günlərdə Tramp və köməkçiləri İranı Hörmüz boğazını açmağa məcbur etməyin münaqişəni müəyyən edilmiş dörd-altı həftəlik müddətdən kənara çıxaracağı qənaətinə gəliblər.
Tramp qərara gəlib ki, ABŞ əsas məqsədlərinə çatmalıdır: İran donanmasını zəiflətmək, raket ehtiyatlarını məhv etmək, sonra düşmənçiliyə son qoymaq və diplomatik yollarla Hörmüz boğazını açması üçün Tehrana təzyiq göstərmək.
Bunun baş verməməsi halında, ABŞ AB və Fars körfəzi ölkələrinə boğazı açmaq səylərinə rəhbərlik etmələri üçün təzyiq göstərəcək.
1 dəqiqə