Sülhməramlıların avtomobilləri aksiya ərazisindən keçdi
Ərazidə hərəkət sərbəstdir
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 134-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Sülhməramlılara məxsus 2 minik, 8 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Bundan əvvəl isə sülhməramlılara məxsus 2 tibbi avtomobil Laçın istiqamətinə keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.