Hulusi Akar və Sergey Şoyqu telefonla danışıblar
Türkiyənin milli müdafiə naziri rusiyalı həmkarı ilə Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti də müzakirə ediblər
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub, Türkiyə Hərbi İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Ukraynadakı vəziyyət, Qara dəniz dəhlizi ilə taxıl tədarükü, eləcə də Suriyanın şimalındakı vəziyyət müzakirə olunub.
Rusiya Müdafiə Nazirliyinin mesajında deyilir ki, Akar və Şoyqu Suriya və Ukrayna məsələlərindən əlavə, Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti də müzakirə ediblər.